Pakistan Ordusu: Əfqanıstan sərhəddində 3 əsgər, 5 terrorçu ölüb

2018/06/435_1529136587.jpg
Oxunub: 3956     16:06     16 İyun 2018    
Pakistan qüvvələrinin Əfqanıstan sərhəddində hücum edən terrorçulara qarşılıq verməsi nəticəsində azı 5 terrorçu məhv edilib, 3 əsgər şəhid olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Şimal Vəziristan bölgəsində baş verib. Terrorçular ordunun sərhəd postuna hücum edib. Qarşıdurmada 3 əsgər həlak olub.

Əsgərlərin hücumun qarşısını almağa cəhd etməsi ilə azı 5 terrorçu zərərsizləşdirilib. Terrorçuların kimliklərini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Əfqanıstan   Terror  


Bizi "telegram"da izləyin