İsrail Müdafiə naziri: İranın nüvə itaətsizliyi region üçün təhdiddir

2018/06/3454_1528290437.jpg
Oxunub: 4039     21:06     06 İyun 2018    
“İranın nüvə təhdidləri sadəcə İsrailin yox, bütün regionun problemidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ötən gün İsrail Müdafiə naziri Aviqdor Liberman bildirib.

O qeyd edib ki, İranın nüvə sahəsində göstərəcəyi istənilən itaətsizlik tək İsrail üçün deyil, eyni zamanda bütün region üçün təhdid doğurur.

Nazir həmçinin sözlərinə onu da əlavə edib ki, İran rəhbərliyi daxilində xarici investorların ölkədən uzaqlaşacağı ilə bağlı ciddi narahatlıq var.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-İsrail   Nüvə  


Bizi "telegram"da izləyin