Erməni hüquqşünas Paşinyana qarşı: "Xalq-ordu" layihəsi öz başlarında çatladı

2018/06/345_1528287707.jpg
Oxunub: 2439     20:16     06 İyun 2018    
Ermənistanda aprel döyüşlərindən 2 il sonra aprel-may inqilabı baş verdi və bu proses qadınların geniş miqyaslı iştirakı ilə həyata keçirildi.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu videoda hüquqşünas-publisist Zaruhi Hovhanisyan inqilabdan sonra bərabərlik pəncərəsinin bağlanması, yeni hakimiyyətdə yeni təsəvvürlər, mədəniyyət inqilabına zərurət barədə danışıb.

O, bununla yanaşı Nikol Paşinyanın maskalanması, hərbiləşdirmə təhsilinə giriş və digər sahələr barədə də problemlərin olduğunu bildirib.

“Əslində ictimaiyyətin hərbiləşdirilməsi hesabına keçmiş hakimiyyət 20 ildir öz iqtidarını qoruyub saxlayırdı. Hər dəfə də elə bir təsəvvür yaradırdı ki, sanki hakimiyyət dəyişdiyi halda Qarabağın, Ermənistanın sonu çatacaq. Keçmiş hakimiyyət təhlükəsizlik, müdafiə fakorlarını hər dəfə qabardaraq erməni cəmiyyətini qorxu vahimə içərisində saxlayıb", - deyə Hovhannisyan qeyd edib.

Erməni hüquqşünas, ölkədə təhlükəsizliyin və müdafiənin təminatı adı altında korrupsiya, özbaşınalıq baş alıb getdiyini deyib: "Təhlükəsizliyin və müdafiənin təminatı adı altında korrupsiya, özbaşınalıq baş alıb gedir. Ordu quruculuğu sahəsində həyata keçirilən müxtəlif layihələr erməni cəmiyyətinin hərbiləşdirilməsinə yönəlsə də, yekun nəticə olaraq "Xalq-ordu" layihəsi mifologiyası özlərinin əleyhinə işləməyə başladı və nəticədə özbaşlarında çatladı.

Erməni cəmiyyətində isə buna qarşı heç bir dirəniş yox idi, sanki cəmiyyət bu siyasətlə barışmışdı. Ermənistanda hərbiləşdirmə konsepsiyası artıq təhsil sahəsinə, məktəblərə sıçrayırdı. Gənclərin beyinlərinin yuyulması prosesi, müxtəlif hərbi vətənpərvərlik qruplaşmalarına cəlb edilməsinə başlanılmışdı".

Hovhannisyanın sözlərinə görə, Paşinyan belə vəziyyətdən məharətlə istifadə etdi və həmin aləti hakimiyyətə qarşı həmrəylik nümayişi kimi təşkil edərək tətbiq etdi.

"Nikol Paşinyan belə vəziyyətdən məharətlə istifadə etdi və həmin aləti hakimiyyətə qarşı həmrəylik nümayişi təşkil edərək tətbiq etdi. Hakimiyyət dəyişikliyində qadınlarında rolu kifayət qədər geniş idi. Yeni hakimiyyətdən qadınlara da yer veriləcəyi gözlənilsə də, bu baş vermədi. Yenə qadınllar öz mətbəx işində qaldı. Qadınların siyasi proseslərdə yer almaması xəyal qırıqlığı yaratdı.

Yenə kişilər idaretmədə, cəmiyyətdə irəli keçərək qadınları mətbəxə sıxışdırdılar. Qanunverici orqanda, idaretmədə qadınlara bərabər hüquq verilməsi imkanı, açılmış pəncərə bağlandı. İnqilabdan sonra ilk gözlənti özünü doğrultmadı. Qadınlara qarşı zorakılıq qüvvədə qaldı, bu inqilabın prinsiplərinə ziddir", - deyə o etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xalq-Ordu   Paşinyan   İnqilab   Zorakılıq  


Bizi "telegram"da izləyin