MDB ölkələri hərbi təyinatlı peyk rabitəsi haqqında saziş imzalayıb

2018/06/435345_1528281753.jpg
Oxunub: 1950     18:41     06 İyun 2018    
Rusiya Federasiyasının Tıva Respublikasının Qızıl şəhərində bu gün keçirilən Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının (MDB MNŞ) iclası zamanı hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iclasın yekununda yayılmış məlumatda hərbi təyinatlı peyk rabitəsi haqqında sazişlərin imzalandığı bildirilir: "MDB dövlətləri Silahlı Qüvvələrinin döyüş imkanlarının artırılması məqsədi ilə hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi və onların daha da təkmilləşdirilməsi haqqında hökumətlərarası sazişlər imzalanıb. Eyni zamanda, geoməkan informasiyalarının mübadiləsi sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb".

Qeyd olunur ki, müdafiə nazirləri hərbi təyinatlı birgə sistemlərin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində MDB Hava Hücumundan Müdafiə Birgə Sisteminin (HHM BS), Birgə Rabitə Sistemi (BRS), Vahid dövlət radiolokasiya təyinatı sisteminin, Silahlı Qüvvələr aviasiyasının uçuş təhlükəsizliyi sisteminin və digər sistemlərin daha da inkişaf etdirilməsi təkliflərini nəzərdən keçiriblər.

Xatırladaq ki, iclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Saziş   Peyk-rabitəsi  


Bizi "telegram"da izləyin