Turnikdən asılan erməni kursantı kim öldürüb? - SİRLİ QƏTL

2018/06/555-7456456_1514276492_1528280580.jpg
Oxunub: 1546     18:17     06 İyun 2018    
Ermənistanda ölümlə təqsirləndirilən polkovnikin oğlu şahidlərin ifadəsini böhtan hesab edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanın Avan və Nor Nork inzibati ərazisinin ümumi yurisdiksiya məhkəməsində Vazgen Sarkisyan adına hərbi institutun kursantı Haykaz Barseğyanın ölüm işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında iş üzrə təqsirli bilinən 4 nəfərdən biri olan Qnel Tevosyan, ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək, şahidlərin ifadəsini böhtan adlandırıb.

O bildirib ki, yanvarın 28-də buraxılışda olub. “Yat” komandasınadan sonra geri hərbi hissəyə gəlib və yatıb. Səhər həmişə olduğu kimi, çavuş olaraq “Qalx” komandasınadan 10 dəqiqə tez oyanıb və kapitan Avetisyandan Barseğyanın yerində olmadığını eşitdikdən sonra, hamı kimi onu axtarmağa başlayıb. Nəticədə, Tevosyan Barseğyanın meytinin asılmış vəziyyətdə tapıldığını eşidib.

Daha sonra, Tevosyanı yanvarın 29-da, 14.30 radələrində hərbi polis həbs edib. Onu hərbi polisdə müxtəlif yollarla etiraf etməyə məcbur etsələr də, buna nail ola bilməyiblər. O, ümumiyyətlə yanvarın 28-29-da Barseğyanın yatdığı otağa daxil olmadığını qeyd edib.

İttiham işində içki içdiyinin qeyd olunmasının isə reallığa cavab vermədiyini və içki qəbul etmədiyini deyib. Hərbi polisin təzyiqi altında olan şahidlərin ona qarşı ifadə verdiyini bildirib. Tevosyan, hərbi polisdə ona və digərlərinə qarşı çox pis üsullarla təzyiqlər göstərildiyini vurğulayıb.

"İlkin araşdırmada çox şey demək istəyirdim, lakin bunu nəzərə almadılar. Məhkəmədə heç bir kursantla münaqişə olmadığını demək istəyirdim. Lakin ilkin araşdırma zamanı hərbi polisin təzyiqi nəticəsində olmayan şeylər yazılmışdı", - deyə ittiham edilən erməni kursant bildirib.

Tevosyan, özünü hərbçi ailəsində böyüdüyünə görə məsuliyyətli və intizamlı apardığını qeyd etməklə yanaşı, ona qarşı irəli sürülən bütün ittihamların yalan, böhtan olduğunu və təzyiq altında yazıldığını qeyd edib.

Məhkəmə Tevosyanın ilkin araşdırma və məhkəmə zamanı, üzləşdirmələrdə verdiyi izahatlardan bəzi məqamları səsləndirib. Buna baxmayaraq, Tevosyan ona qarşı ittihamın böhtan olduğunu, ölüm işindən xəbərsiz olduğunu vurğulamaqda davam edib.

Məhkəmə sədri, Tevosyanın ifadəsinin alınması prosesinin başa çatdığını və növbəti şahidləri dindirməyi təklif etməklə, məhkəmənin növbəti iclasını iyunun 11-nə təyin edib.

Xatırladaq ki, 29 yanvar 2015-ci ildə Vazgen Sarkisyan adına hərbi institutun kursantı Haykaz Barseğyanın asılmış meyiti idman şəhərciyində aşkar edilib. Hadisə ilə bağlı qaldırılan cinayət işi çərçivəsində Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı ittiham irəli sürülərək həbs ediliblər.

İttihama görə, 2015-ci il 29 yanvar tarixində gecə saat 02:00-03:00 radələrində Ermənistan müdafiə nazirliyinin 24236 nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci batareyasının 408 nömrəli yataq otağında xüsusi amansızlıqla adları qeyd olunan kursantlar tərəfindən hərbi məktəbin digər kusantı Haykaz Barseğyan xuliqanlıq zəminində öldürülüb. Ölüm hadisəsinin izlərini itirmək məqsədilə onun meyitini idman sahəsindəki turnikdən asıblar. Onun adından özünəqəsd etdiyi barədə yazılı kağız da yazaraq cibinə yerləşdiriblər.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-kursant   Ölüm  


Bizi "telegram"da izləyin