Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Cina Defense Blog” tərəfindən paylaşılan fotolar “Dalian” tərsanəsində çəkilib.
“Dalian” Çinin ən əhəmiyyətli gəmiqayırma tərsanələrindən biridir. Burada Çinin ilk aviadaşıyıcısının təmiri də həyata keçirilib. Həmçinin ilk milli aviadaşıyıcı da burdan bir yarım mil kənardadır.
Fotolarda azı 5 esminesin tikilməkdə olduğu görünür. Bu esmineslərin hava müharibəsinə uyğun dizayn edildiyi bildirilir. Onların hər birində dörd ədəd “type 346A”, bir “Knife Rest” hava axtarış, iki hədəf müəyyənetmə radarı var. Onlar həmçinin gəmi əleyhinə, yer-hava, quru hücumu üçün qanadlı raket və sualtı gəmi əleyhinə silahlarla təchiz olunublar.
Yeni esmineslər 180 metr uzunluğa və 13 min ton yükgötürmə qabiliyyətinə malikdirlər. Müqayisə üçün deyək ki, ABŞ-ın “Arleigh Burke” sinifli esminesləri 150 metr uzunluğunda olur və 9500 ton yük götürə bilir.
Ağalar Ağalarlı
Ordu.az