“National Interest”: Rusiya Tu-22M3 bombardmançılarını modernizasiya edir

2018/06/4565_1528273525.jpg
Oxunub: 3558     16:24     06 İyun 2018    
Rusiyanın ən çox ehtiyat edilən bombardmançısı Tu-22M3 “Backfire” yenilənmə ilə birlikdə Kh-32 supersəs raketi ilə təchiz ediləcək.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, yenilənmədən sonra bombardmançının yeni versiyası oktyabr ayında Rusiya Aerokosmik Qüvvələrinə təqdim ediləcək.

Rusiya Müdafiə sənayesindən olan mənbənin sözlərinə görə, Tu-22M3M ən qabaqcıl uzaq mənzilli Kh-32 qanadlı raketləri ilə təchiz edildikdən sonra oktyabrdan etibarən döyüş tapşırığına hazır olacaq.

Kh-32-nin əlavə edilməsi təyyarəyə əhəmiyyətli ölçüdə hücum qabiliyyəti qazandıracaq. Üstəlik bu qabiliyyət təkcə gəmilərə qarşı deyil, Avropadakı bütün strateji hədəflərə doğru olacaq.

Əgər Kh-22 Amerikanın aviadaşıyıcılarını batırmağa hədəflənmişdisə, Kh-32-nin əsas hədəfinin körpülər, hərbi bazalar, elektrik stansiyaları və digər əhəmiyyətli obyektlər olduğu güman edilir.

Rusiyanın 20-30 arası Tu-22M3 bombardmançısını modernizasiya etməsi gözlənilir. Yeni adı ilə Tu-22M3M olacaq bu təyyarələr yeni aviasiya sistemləri və silah-sursatla təchiz olunacaqlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tu-22M3  


Bizi "telegram"da izləyin