Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il aprelin 22-də rus hərbi qulluqçunun öldürülməsində günahkar bilinərək həbs edilən Arman Zancuğazyan, hazırda cəzaçəkmə müəsisəsinin əməkdaşlarını vurmaqda ittiham edilir.
Arman Zancuğazyan "Nubaraşen" cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən, 2018-ci il martın 7-də həbsdə saxlanma qaydalarını pozaraq qapının monitoruna yaxınlaşıb və onu sıradan çıxarıb.
O, buna irad bildirən türmənin əməkdaşları Hraçya Nikoğosyan və Tatul Hakobyana zərbə endirib. Bununla əlaqədar müvafiq maddələrə əsasən, əlavə cinayət işi açılıb.
Xatırladaq ki, 2017-ci il aprelin 22-də İŞİD terror qruplaşmasının tərəfdarı olan Arman Zancuğazyan, Gümrüdə rus hərbi qulluqçu Dmitri Yalpayevi dini zəmində öldürüb.
Alpər Mövludoğlu
Ordu.az