Zakir Həsənov Tuvada keçirilən konsert tədbirində - FOTOLAR
Oxunub: 1646
15:00
06 İyun 2018
Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.
Ordu.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Rusiyada səfərdə olan Müdafiə naziri Zakir Həsənov Kızıl şəhərində təşkil edilən konsert proqramlarına qatılıb.
Konsert proqramı "Asiya Mərkəzi" heykəltəraşlıq kompozisiyasının yaxınlığında olan Yenisey adlı ərazidə baş tutub.
Xatırladaq ki, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.
Görüşdə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.