Qəbələ və Nardarandan xeyli sayda silah təhvil verilib

2018/06/turac-1528183568_1528186200.jpg
Oxunub: 1814     16:09     05 İyun 2018    
Qəbələ rayonu və Nardaran qəsəbəsi sakinlərindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bum qəsəbə sakini Nadir Zeynalovdan müvafiq sənədləri olmayan “ТОЗ-16” markalı ov tüfəngi müsadirə olunub.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Elçin Cəbrayılov müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-54” markalı ov tüfəngini 42-ci Polis Bölməsinə təhvil verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Silah   İJ-54   ТОЗ-16  


Bizi "telegram"da izləyin