Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar prezidentinin ötən il ərzində Afrikayla bağlı həyata keçirdiyi siyasət və bildirdiyi bəyannamələr ABŞ-ın Afrikadakı hərbi gücünü azaldacağını deməyə əsas verir.
Hazırda regionda 6000-ə qədər hərbçisi olan ABŞ əsasən Somali və Liviyada terrorizmə qarşı mübarizədə aktiv iştirak edir.
Lakin son dövrlərdə hökumətin atdığı addımlar onu göstərir ki, ABŞ regionda nəzarəti və sülhün təmin edilməsini yerli hökümətlərə təhvil verməyi planlaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az