Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bazar günü müsahibə verən ABŞ-ın müdafiə məsələləri üzrə dövlət katibi Ceyms Mettis çıxışı zamanı audit zamanı ortaya çıxan problemlərin həlli məsələsinə toxunub.
O bildirib ki, ötən il ərzində Konqres ordunun saxlanılması üçün 716 milyardlıq büdcə ayırıb. Bu il üçün isə bu rəqəm 700 milyarda endirilib.
Lakin Pentaqonun qeydlərində bu rəqəmlərin fərqli görünməsi audit problemlərinin olduğunu göstərib. Mettis ən qısa zamanda problemi həll edəcəklərini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az