Tonoyan Rusiyada hərbi-texniki əməkdaşlığı müzakirə edib

2018/06/David-Tonoyan56456_1524743305_1526029154_1526057629_1526708949_1527056540_1528133394.jpg
Oxunub: 3820     01:26     05 İyun 2018    
Ermənistan müdafiə naziri David Tonoyanın başçılığı altında olan nümayəndə heyəti Rusiyaya səfər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər çərçivəsində Tonoyan "Rostexnologiya" Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov və "Rosoboronexport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixeyevlə görüşüb.

Görüşdə hərbi-texniki sahədə əməkdaşlıq və əməkdaşlığın inkişaf yolları ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan-Rusiya  


Bizi "telegram"da izləyin