Gizli əməliyyat: “Klub 100” Serbiyanı NATO-ya aparır

2018/06/45645_1528117033.jpg
Oxunub: 2980     00:10     05 İyun 2018    
ABŞ səfirliyinin və NATO-nun nümayəndələri Serbiyanın Qərbin hərbi alyansına yaxınlaşdırma səylərini artırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belqradda gündəlik nəşr olunan “Vecernji Novosti” qəzetində çıxan yazıda bildirilib.

Məlumata görə, onların məqsədi “Klub 100” formalaşdırmaq və Serbiyanın hazırkı neytral mövqeyini dəyişməkdir. Universitet professorları və ictimai fiqurlar bu kluba daxil olurlar.

Yazıda göstərilir ki, kampaniya Qərbin Rusiyanın Balkanlardakı təsirinin aradan qaldırılması strategiyasının bir hissəsidir. Bu strategiyada açar zona isə Serbiyadır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Klub-100   NATO  


Bizi "telegram"da izləyin