Ordu.az “The New York Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Ceyms Mettisin tələbi üzərinə hazırlanmış regional hesabatda qeyd olunub.
Birləşmiş Ştatların hazırda dünyanın fərqli bölgələrində 7300-dən çox xüsusi təyinatlısı var. Bu qüvvənin önəmli bir qismi Somali və Liviya kimi bölgələrdə fəaliyyət göstərir.
Son planlara görə, Pentaqon Afrikadakı hərbi gücünü aşağı salmağı planlayır ki, bu da daha sonra bu bölgələrin potensial Rusiya və Çin təsirlərinə məruz qala biləcəyi ehtimalını gündəmə gətirir.
Dəyanət Ağalarlı
Ordu.az