Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

2018/06/spt-411089085_1522425228_1524656849_1525782406_1526649130_1528096697.jpg
Oxunub: 4398     15:17     04 İyun 2018    
Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcəkdir.

İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   MDB  


Bizi "telegram"da izləyin