Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan HHQ-nin bu planı bəzi əngəllərlə üzləşə bilər.
Belə ki, “Meteor” raketinin istehsalçısı olan Avropa şirkətləri öz silahlarını İsrail və ya Rusiyadan olan hər-hansı platformaya birləşdirməyəcəyini elan edib.
Hindistan bu planı ilə “Tejas”ları Çin və Pakistandakı rəqiblərindən üstün hala gətirmək istəyir. Lakin bu təyyarələrə radar və elektron müharibə sistemlərinin çatdırılması üçün İsrail firmaları seçilib. Avropa şirkətlərinin sonuncu xəbərdarlığı ilə “Meteor” raketinin “Tejas”a da qoşulması mümkün olmayacaq.
Ağalar Ağalarlı
Ordu.az