Ordu.az “Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri bildirirlər.
Rəsmilərin məlumatına görə, BƏƏ Yəmənin əsas limanının humanitar yardım məqsədilə husilərdən azad edilməsinə dair ABŞ-dan birbaşa hərbi dəstək istəyiblər.
ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo isə BƏƏ-nin istəyinin dərhal dəyərləndirilməsini istəyib. O, Səudiyyə rəhbərliyindəki koalisiyaya nəzarət dronlarının uçuşu ilə dəstək verilə biləcəyini düşünür.
Pompeo bu dəstəyin Hudeydə limanının azad edilməsində həll edici rol oynaya biləcəyinə inanır. Bu liman hazırda Yəmənin 29 milyon sakini üçün həyati əhəmiyyətə sahibdir.
Səudiyyə Ərəbistanı və BƏƏ rəsmiləri ABŞ-ı əmin ediblər ki, Vaşinqtonun dəstəyi olmadan onlar Qırmızı dənizdəki bu limanı ələ keçirməyə cəhd etməyəcəklər. Lakin Tramp administrasiyası şəhər ətrafındakı döyüşlə vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyat edir.
Ağalar Ağalarlı
Ordu.az