Husilər Səudiyyə əsgərlərinə hücum edib: 3 ölü

2018/06/5498749846_1528095294.jpg
Oxunub: 4365     14:22     04 İyun 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd vilayəti Əsirdəki əsgərlərə etdiyi hücum nəticəsində krallığı üç əsgəri həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib.

Məlumata görə, əsgərlər qiyamçıların snayperləri tərəfindən hədəf alınıb. Bu hücumla yanaşı Cizən vilayətində tərəflər arasında toqquşma baş verib.

Qiyamçılar toqquşma nəticəsində Ərəb koalisiyasına məxsus nəqliyyat vasitəsinin sıradan çıxarıldığını iddia ediblər, lakin qarşı tərəfdən məsələ ilə bağlı məlumat verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin