Türkiyə şirkətləri “Eurosam”la HHM sistemləri üzərində danışıqlar aparır

2018/06/456584685465_1528092991.jpg
Oxunub: 2555     14:12     04 İyun 2018    
Avropanın havadan müdafiə raket istehsalçısı “Eurosam”la Türkiyənin Müdafiə təşkilatları arasında hava hücumundan müdafiə sistemləri üzərinə danışıqları müsbət istiqamətdə irəliləyir.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ankaradakı səfiri Luiqi Mattiolo bildirib.

“Türkiyə və İtaliyanın iqtisadi əlaqələri təkmilləşdirmək istədiyi sahələrdən biri də müdafiə sənayesidir. Bu sahənin əlavə dəyəri nəhəngdir. NATO-da ümumi partnyor bu tipli əməkdaşlıq üçün əsas təşviq edici amil olmalıdır”, - deyə italiyalı səfir bildirib.

İtaliyanın HHM sistemlərinin NATO missiyası nəzdində Kahramanmaraşa yerləşdirilməsi Türkiyənin anti-ballistik müdafiəsini gücləndirib.

Səfir bildirib ki, Fransa ilə ortaq konsorsium olan “Eurosam” Türkiyə kompaniyaları ilə yeni nəsil raketdən müdafiə sistemlərinin hazırlanması imkanlarını araşdırmağa başlayıblar.

Məlumata görə, tərəflər SAMP-T raket sistemlərinin əldə edilməsi üzərində danışıqlarda xeyli irəliləyiş əldə ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Avropa   Eurosam  


Bizi "telegram"da izləyin