Hindistan “Agni-V” ballistik raketi sınaqdan keçirib

2018/06/16584654_1528089108.jpg
Oxunub: 3373     13:08     04 İyun 2018    
Hindistan ölkənin şərqindəki Odişa sahilində yerləşən Əbdül Kəlam adasında “Agni-V” qitələrarası ballistik raketi sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli vaxtla səhər 09:50-də baş tutan sınaq uğurlu olub.

Hindistan Müdafiə Tədqiqat Təkmilləşdirmə Təşkilatının məlumatına görə, raket hədəfi yüksək dəqiqliklə vurub.

Qeyd edək ki, Hindistanın yerli istehsalı olan “Agni-V” uzaq mənzilli nüvə imkanına malik raketdir. O, 5000 kilometr mənzilə sahibdir. Raketin ilk sınağı 2012-ci ildə həyata keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Agni-V   Ballistik-raket  


Bizi "telegram"da izləyin