“Təpəgöz” ilk sınağını uğurla tamamlayıb

2018/06/498498464_1527964405.jpg
Oxunub: 2846     02:42     03 İyun 2018    
Kabellə qoşulduğu maşın üzərindən 100 netr yüksəklikdə gecə-gündüz toz və dumana baxmayaraq effektli çəkiliş edə bilən “Təpəgöz” cihazı ilk sınağını uğurla keçib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sistem ASELSAN, BİTES, “Altınay”, “Lapis” və “Otonom Teknoloji”nin əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

Kabelli Çoxrotorlu Pilotsuz Uçan Obyekt Sistmei olan “Təpəgöz” ilk dəfə ötən il 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim edilib.

Efes-2018 Birləşmiş Ortaq Praktiki Atəş Təlimində 50 saat uçuş həyata keçirən “Təpəgöz” öz imkanlarını nümayiş etdirib.

Xüsusilə gecə fəaliyyətlərində kəşfiyyat və nəzarət baxımından böyük üstünlük təmin edən “Təpəgöz”ün sahib olduğu yüksək texnologiya sayəsində hərəkətdə olan obyektlərin təsbiti TSQ üçün daha da asanlaşacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təpəgöz   PUA  


Bizi "telegram"da izləyin