Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Portuqaliya Müdafiə naziri Xose Alberto Azeredo Lopes səsləndirib.
Estoniyanın paytaxtı Tallində baş tutan “Lennart Meri” konfransında iştirak edən Lopes yeni təhdidlərə qarşı effektiv olmaq üçün zəruri olduğunu vurğulayıb.
“NATO və Aİ kimi təşkilatlar sadəcə bir istiqamətə fokuslana bilməzlər. 90 dərəcəlik yanaşma artıq işləmir”, - deyə nazir əlavə edib.
O NATO-nun müasir dövrdə meydana gələn təhdidlərə qarşı özünün rolunu dərindən analiz etməli olduğunu bildirib.
“Heç kəs şübhə etmir ki, alyansın şərq qanadı daha önəmlidir və NATO ora fokuslanmalıdır. Lakin cənubdə baş verən hər şey təhlükəsizlik üçün eynilə əhəmiyyətlidir”, - deyə Lopes söyləyib.
Ağalar Ağalarlı
Ordu.az