Çexiya Əfqanıstana əlavə qoşunlar yerləşdirəcək

2018/06/nato_increases_the_number_of_troops_in_afghanistan_1527959983.jpg
Oxunub: 4220     01:31     03 İyun 2018    
Çexiya parlamenti Əfqanıstan və digər beynəlxalq missiyalardakı qoşunların sayının artırılmasına dair qanun layihəsini dəstəkləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qoşun sayının artırılması planlaşdırılan missiyalar arasında Əfqanıstanla yanaşı İraq da var.

Yeni qanun Çexiya Müdafiə Nazirliyinə bütün beynəlxalq missiyalara 806 əlavə əsgər yerləşdirməyə icazə verib. Bunların 140-ı Əfqanıstana göndəriləcək. Bununla da buradakı əsgərlərin sayı 390-a çatacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Çexiya  


Bizi "telegram"da izləyin