Hindistan, Yaponiya və ABŞ müharibə oyunları həyata keçirəcək

2018/06/4234_1527932844.jpg
Oxunub: 3158     22:27     02 İyun 2018    
Hindistan, Yaponiya və ABŞ gələn həftədən etibarən Filippin dənizindəki Quam adasının sahilində birgə təlimlər keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 9 gün ərzində davam edəcək təlimlərdə əsas diqqət sualtı müharibə və Hind-Sakit okean regionunda daha yaxşı əməliyyatlararası əlaqəyə cəmlənəcək.

ABŞ donanması bu təlimin üç ölkənin donanmaları arasındakı birgə əməliyyat qabiliyyətini gücləndirəcəyini bildirib.

Təlim zamanı həmçinin dəniz patrulu, kəşfiyyat əməliyyatları, sualtı müharibə, tibbi əməliyyatlar, dağıntıya nəzarət, helikopter əməliyyatı da təşkil olunacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-Yaponiya-ABŞ   Müharibə-oyunları  


Bizi "telegram"da izləyin