Pentaqonun qlobal anti-terror proqramı 2 milyard dollarlıq uğursuzluqdur

2018/06/234234_1527932711.jpg
Oxunub: 3216     20:22     02 İyun 2018    
ABŞ Müdafiə Nazirliyinin terrorizmə qarşı vuruşmaq məqsədilə bütün dünyada döyüşçülərin yetişdirilməsi və təchizatını nəzərdə tutan təşəbbüsü gözlənilən nəticə əldə edə bilməyib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, təşəbbüs müxtəlif bölgələrdə yerli döyüşçülərin imkanlarının artırılmasında uğursuzluğa düçar olub.

ABŞ-ın Hökumət Hesabatlılıq İdarəsinin yaydığı hesabatda göstərilib ki, 2016 və 2017-ci illərdə Qlobal Təlim və Təchizatı proqramı nəzdindəki 21 layihədən 13-də yerli qüvvələrin möhkəmləndirilməsi mümkün olmayıb.

Məlumata görə, ABŞ hökumətinin 2 milyard dollar xərclədiyi proqram çərçivəsində çox az müsbət nəticə əldə edilib.

Təlim və təchizat layihələri son iki il ərzində Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, Albaniya, Serbiya, Livan, İordaniya, Çad, Niger, Mərakeş və Tunisdə həyata keçirilib. Proqramdan gözlənilən nəticənin sadəcə 33%-ə nail olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Anti-terror-proqramı  


Bizi "telegram"da izləyin