Əbu-Dabi husilərin raketlərinin mənzili daxilindədir

2018/06/234234]_1526382320_1527079024_1527594310_1527932161.jpg
Oxunub: 2777     17:35     02 İyun 2018    
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabinin husi qiyamçılarının əlində olan raketlərin zərbə mənzili daxilində olması ehtimal edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə husilərə yaxın mənbə iddia edib.

İddiaya görə, son günlərdə baş verən proseslərdən sonra Əbu-Dabi də husilərin ballistik raketlərinin mənzili daxilinə giriblər.

Qeyd edək ki, husilər həyata keçirdiyi son hücumlardan sonra Yəmənin qərb sahilində yerləşən və ordu tərəfindən azad edilən ərazilərin bir hissəsini yenidən ələ keçirə bilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əbu-Dabi   Raket   Husilər  


Bizi "telegram"da izləyin