Yerli sakinlərlə erməni hərbçiləri arasında insident baş verib

2018/06/234234_1527931198.jpg
Oxunub: 3211     17:15     02 İyun 2018    
İşğal altında olan ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun hərbçilərinin özbaşınalığı, intizamsızlığı, sərxoş vəziyyətdə əxlaqsız davranışı və digər səbəblərdən mülki şəxslərlə tez-tez insident baş verir.

Ordu.az xəbər verir ki, bu günlərdə Ağdərə sakini Rudik Hunanyanla hərbi hissələrdən birində xidmət edən Aqram Arakelyan və Razmik Hovakimyan arasında növbəti narazılıq törənib. Belə ki, hər iki hərbçi yaxınlıqdakı ərzaq məhsulları mağazasının sahibi olan R.Hunanyandan içki və digər qida məhsullarını uzun müddət nisyə götürərək pulu ödəyəcəklərinə söz versələr də, sonradan vədlərinə xilaf çıxıblar.

Bir neçə dəfə məsələ ilə bağlı komandanlığa müraciət etməsinə baxmayaraq R.Hunanyanın şikayətinə məhəl qoyan olmayıb.

Son dəfə isə mayın 28-də Ermənistanda birinci respublikanın qurulması gününü qeyd edən hərbçilər A.Arakelyan və R.Hovakimyan sərxoş vəziyyətdə R.Hunanyanı döyərək ona bədən xəsarətləri yetiriblər.

Hazırda hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-sakinləri   Həbrçilər   Qarabağ  


Bizi "telegram"da izləyin