Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələri Sinqapurdakı təhlükəsizlik sammitində iştirak edən ABŞ Müdafiə naziri Ceyms Mettis səsləndirib.
O bildirib ki, qoşunların orada olması sadəcə stabilliyin qorunmasına xidmət edir, bu, Amerikanın öhdəliyidir və yerinə yetiriləcək.
Hazırda Cənubi Koreyada Birləşmiş Ştatların təqribən 28500 hərbi qulluqçusu fəaliyyət göstərir. Şimali Koreya uzun müddətdir ki, nüvə sazişinin bir hissəsi kimi bu qoşunların Koreya yarımadasını tərk etməsini tələb edir.
Ağalar Ağalarlı
Ordu.az