“Raytheon” birinci rübə dair nəticələrini elan edib

2018/06/23432_1527864405.jpg
Oxunub: 2800     01:16     02 İyun 2018    
“Raytheon” kompaniyası İdarə Heyətinin cari ilin birinci rübünə dair əldə edilən nəticələri elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəticələrə görə, bu dövr ərzində səhm başına kar payı 0,8675 dollar olub.

Qeyd edək ki, müdafiə, sivil hökumət və kibertəhlükəsizlik sahəsində qlobal liderlərdən olan “Raytheon” 96 ildir ki, fəaliyyət göstərir.

64 min işçiyə sahib kompaniyanın 2017-ci ildə ümumi satışları 25 milyard dollar olub. Onun 80-dən çox ölkə ilə əməkdaşlığı mövcuddur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon    


Bizi "telegram"da izləyin