ABŞ ordusu Çin və KXDR-lə üzləşməyə hazırdır

2018/06/234234_1527864239.jpg
Oxunub: 2749     01:41     02 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettisin beynəlxalq təhlükəsizlik konfransına qatılmaq məqsədilə Sinqapura getdiyi bir vaxtda Pentaqon Çin və KXDR-dən meydana gələn təhdidlərə qarşı hazır olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah rəisi general-leytenant Kennez Makkenzi danışıb.

Pentaqonda baş tutan mətbuat konfransına qatılan Makkenzi Çin və KXDR-dən gələn təhdidləri müqayisə etmədiyini, lakin yenə də ordunun onların hər ikisinə qarşı hazır olduğunu bildirib.

“Biz hər ikisini ciddiyə alırıq. Aydındır ki, Çinin çox daha böyük nüvə imkanları var və biz bunu diqqətə almalıyıq. Onun həm də böyük iqtisadi potensialı var ki, siz bunu da diqqətə almalısız. Buna görə də, onların əmələ gətirdiyi təhdidlər fərqlidir”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Çin   KXDR  


Bizi "telegram"da izləyin