“Raytheon” OTH raket sistemlərinə dair müqavilə imzalayıb

2018/06/received_2548977951995024_1527606350_1527863086.png
Oxunub: 3968     23:18     01 İyun 2018    
“Raytheon” Birləşmiş Ştatlar donanması ilə üfüq üzəri (OTH) raket sistemlərinə dair müqavilə bağlayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 14,9 milyon dollardır. Müqavilə çərçivəsində hazırlanacaq OTH raket sistemləri ABŞ donanmasının sahil döyüş gəmilərinə əlavə ediləcək.

Müqavilədə raketlərin istehsalı ilə yanaşı onların çatdırılması, missiya dəstək ləvazimatları, təlim avadanlıqlar və operatorların təlimi də nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ  


Bizi "telegram"da izləyin