Fransa gəmi əleyhinə yeni raketini sınaqdan keçirib

2018/06/456_1527851730.jpg
Oxunub: 2181     19:14     01 İyun 2018    
Fransanın Müdafiə Nazirliyi, növbəti sayca ikinci olan, ən yeni perspektivli gəmi əleyhinə “Sea Venom” raketininin sınağını keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raket, infraqırmızı hədəf başlığından istifadə edərək , AS 565 “Panther” helikopterindən buraxılıb və hədəfə dəyib.

“Yüz kiloqramlıq sinif”ə aid olan “Sea Venom” (“dəniz zəhəri”), helikopterdən atılmaq üçün nəzərdə tutulan gəmi əleyhinə raketdir. İnfraqırmızı döyüş başlığının köməyi ilə o, müxtəlif növ yerüstü və suüstü hədəfləri məhv etmək üçün istifadə edilə bilər.

Raket, 2014-ci ildə Fransa və Böyük Britaniyanın Dəniz Qüvvələrinin birgə layihəsi olaraq yaradılıb.

Fərid Tağıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Sea-Venom  


Bizi "telegram"da izləyin