"Azərbaycan tərəfinin bizim təxribat törədəcəyimizə dair narahatlıqları var idi" - Tonoyan

2018/06/234_1525165822_1526298561_1527083943_1527850517.jpg
Oxunub: 4284     18:53     01 İyun 2018    
"İnqilab ərəfəsində qoşun cəmləşmələrinə, bizim daxili siyasi proseslərimizlə əlaqədar olaraq, daha çox Azərbaycan tərəfinin narahatlıqları səbəb olub. Bu siyasi dəyərləndirmə məsələsidir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan müdafiə naziri Davit Tonoyan bildirib.

Jurnalistlərin "Bölgədə qoşun cəmləşməsi vardı, ya yox idi?" sualına cavab olaraq Tonoyan qeyd edib. “Bəli var idi, ona görə ki, Azərbaycanın bizim tərəfdən təxribatların ola biləcəyinə dair narahatlıqları vardı”.

Nümayişlər zamanı etirazçılara qoşulan erməni hərbi qulluqçuların aqibəti məsələsinə toxunan Tonoyan, xidməti araşdırmalar əsasında qərar qəbul olunacağını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Naxçıvan   Təxribat  


Bizi "telegram"da izləyin