Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xəbər agentliyi DPA məlumat yayıb.
Alyans daxilində etibarlı mənbəyə istinad etdiyini iddia edən DPA ikinci mərkəzin isə ABŞ Vircinya ştatında yerləşəcəyini qeyd edib.
İddiaya görə, NATO rəsmiləri bununla bağlı qərarı gələn həftə Brüsseldə baş tutacaq sammitdə elan edəcəklər. Almaniya Müdafiə naziri Ursula von der Leyen də görüşdə iştirak edəcək.
Məlumata görə, NATO liderləri yeni mərkəzin bu ilin iyul ayında inşasına başlanacağına və gələn ilin oktyabrında açılış ediləcəyinə ümid edirlər.
Mərkəzin açılmasına əsas səbəb isə NATO-nun potensial Rusiya hücumuna qarşı cəld və adekvat cavab imkanlarına malik olmasından şübhə etməsidir.
Ağalar Ağalarlı
Ordu.az