ABŞ HHQ Polşada “Reaper”lərin istifadəsinə başlayıb

2018/06/469846465_1527832785.jpg
Oxunub: 2989     13:58     01 İyun 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin bu yaxınlarda Polşada yerləşdirilmiş MQ-9 “Reaper” dronları ilkin əməliyyatlara başlayıb.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.

“HHQ-nin Avropadakı qüvvələri, ABŞ Avropa Komandanlığının hava komponentləri Polşadakı Miroslaviç aviabazasında MQ-9 “Reaper”lərin istifadəşinə başlayıb. Bu, ABŞ-ın regional stabilliyə möhkəmləndirmə səylərinin bir parçasıdır”, - deyə bəyanatda deyilir.

Qeyd edək ki, “General Atomics”in istehsal etdiyi bu dronlar Polşaya mayın 9-dan etibarən yerləşdirilib. Onların buraya iki AN-124 strateji yük təyyarəsi vasitəsilə gətirildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Reaper   Polşa  


Bizi "telegram"da izləyin