DSX-nin mətbuat mərkəzindən
Ordu.az-a bildirilib ki, mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələrə dair sərhədçilərin üzərinə düşən tapşırıqları müəyyənləşdirmiş, Heydər Əliyev ideyalarına həmişə öz sədaqəti ilə seçilən şəxsi heyətin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.
Sərhədçiləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu olaraq şərqdə və türk dünyasında ilk demokratik quruluş olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə İstiqlal Bəyannaməsinin elan olunduğu 28 may 1918-ci ilin dövlətçilik tariximizə şanlı bir səhifə kimi qızıl hərflərlə yazıldığını qeyd edib.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən onu itirmək təhlükəsi ilə üzləşən Respublikamızın 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqilliyini qoruyub saxlaması, böyük inkişaf və tərəqqi yoluna qədəm qoyması minnətdarlıq hissi ilə qeyd olunmuşdur. Ötən dövr ərzində Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dövlətimizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrilməsi iftixar hissi ilə vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti sayəsində yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyünün təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibəti ilə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.
Ordu.az