S-400-lər alınan kimi ABŞ Hindistanı cəzalandırmağa başlayacaq

2018/05/567567_1527246667_1527598593.jpg
Oxunub: 4446     20:55     29 May 2018    
“Hindistan hökumətinin Rusiyadan S-400 zenit raket sistemləri almaq niyyəti müdafiə sahəsində ABŞ-la əməkdaşlığa mənfi təsir göstərəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasını Silahlı Qüvvələr Komitəsinin sədri Uilyam Törnberri bəyan dib.

“Hindistanın Rusiyadan S-400 ZRK-larını alması Dehlinin maraqlandığı texnologiya və silah ixtacının məhdudlaşmasına səbəb olacaq”, - deyə Törnberri bildirib.

O qeyd edib ki, Hindistanın maraqlandığı F-35 qırıcıları, o cümlədən “Predator C Avenger” PUA-larının təchizatı ilə bağlı məsələlərdə də problemlər yarana bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   ABŞ-Hindistan  


Bizi "telegram"da izləyin