Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda deyilir ki, iki gəminin əlaqədə olduğundan şübhələnilir. Çin gəmisinin aşkar şəkildə BMT TŞ-nin qətnaməsini pozaraq KXDR gəmisinə neft ötürdüyü bildirilir.
Qeyd edək ki, BMT-nin sanksiyaları Şimali Koreya gəmilərinə enerji ticarəti həyata keçirməyi və bu gəmilərə qanunsuz məhsulların transferini qadağan edir.
Ağalar Ağalar
Ordu.az