Amerikalılar Rusiya ilə “Soyuq müharibə”nin bitməsini tələb edirlər

2018/05/usa_vs_russia_1501662708_1527596276.jpg
Oxunub: 3776     20:16     29 May 2018    
ABŞ politoloq və diplomatları Birləşmiş Ştatlar və Rusiya arasındakı yeni “Soyuq müharibə”dən narahatdırlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytına yerləşdirilən petisiyanın mətnində bildirilir.

“ABŞ və Rusiya arasında başlanan yeni “Soyuq müharibə” hər iki ölkənin xalqları və bütün dünya üçün ekzistensial təhdiddir. Donald Trampın etibarlı və yoxlanılmış təhlükəsizlik tədbirlərinin axtarışı üçün Vladimir Putinlə bilavasitə dialoqa başlamağa səsləyirik”, - deyə mətndə vurğulanır.

Qeyd edilir ki, yüksək səviyyədə liderlər arasında görüş qısa zamanda təşkil edilməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Soyuq-müharibə  


Bizi "telegram"da izləyin