Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyanın cənubunda dislokasiya olunan Cənub Hərb Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 2 ədəd An-148 sərnişin təyyarəsi ilə təchiz edilib.
An-148 təyyarəsi iki ədəd turboreaktiv mühərriklə, müasir pilotaj-naviqasiya avadanlığı, 5 ədəd çoxfunksiyalı maye kristal indikatorları ilə təchiz olunub. Təyyarə 4400 kilometrədək məsafələrdə uçuşlar həyata keçirməyə və 75 nəfəri daşımağa qadirdir.
Ağalar Qəribov
Ordu.az