Jirinovski: “2024-cü ildə ABŞ Avropanı partlada bilər”

2018/05/34534_1527592811.jpg
Oxunub: 3200     19:18     29 May 2018    
“2024-cü ilə amerikalılar Avropanı partlada bilər”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokratik Partiyasının sədri Vladimir Jirinovski bildirib.

O qeyd edib ki, 2024-cü ildə Vaşinqton Avropada yeni hərbi münaqişə yarada bilər. Siyasətçinin fikrincə, ABŞ bunu ölkə prezidentinin Trampın qızı və ya qızının əri olması üçün edə bilər.

“Müharibə və başqalarına münasibətdə aqressiya Tramp və onun partiyası üçün siyasi dopinqdir. Biz İraq, Liviya, Misir, Suriya ilə nə baş verdiyini görürük. Sırada İrandır”, - deyə Jirinovski açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Jirnovski  


Bizi "telegram"da izləyin