“ŞƏT sammitində terrorizmlə mübarizə proqramı qəbul ediləcək” - Lavrov

2018/05/54_1527591733.jpg
Oxunub: 1974     19:01     29 May 2018    
“Şanxay Əməkdaşlıq Təşkilatının sammitində terrorizm, separatçılıq və ekstremizmlə mübarizə üzrə fəaliyyət proqramı təsdiq olunacaaq”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“İyunun 9-10-da Çinin Sindao şəhərində keçiriləcək sammitdə terrorizmlə mübarizə üzrə tarixi əhəmiyyətə malik proqramın qəbul edilməsi planlaşdırılır”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, görüşdə həmçinin iqtisadi əməkdaşlıq və ŞƏT-lə Avropa İttifaqı və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   ŞƏT  


Bizi "telegram"da izləyin