İsrail HHQ Qəzza bölgəsinə zərbələr endirib

2018/05/23423_1527590452.jpg
Oxunub: 2899     18:39     29 May 2018    
İsrail Hərbi Hava Qüvvələri Qəzza bölgəsinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Dunya Al Watan” portalı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri anklavın mərkəzi hissələri və cənub hissədə yerləşən Xan-Yunis şəhərinə zərbələr endirib. Zərbələrin hədəfləri “Saraya əl-Qüds” qruplaşmasının mövqeləri olub.

Qeyd edib ki, İsrail Müdafiə Ordusunun məlumatına görə, bu gün səhər saatlarında Qəzza bölgəsindən İsrailin cənub ərazilərinə 28-dən az olmayan sayda raket və mina mərmisi atılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   Raket-zərbəsi  


Bizi "telegram"da izləyin