Netanyahu: “İsrail Qəzzadan zərbələrə güclə cavab verəcək”

2018/05/2414-Binyamin-Netanyahu_1527589021.jpg
Oxunub: 1452     18:15     29 May 2018    
“İsrail Müdafiə Ordusu Qəzza bölgəsindən mina atışları və raket zərbələrinə güclə cavab verəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.

“İsrail HƏMAS qruplaşması tərəfindən hücumları lazımi ciddiliklə qəbul edir, İsrail Müdafiə Ordusu onlara böyük güclə cavab verəcək”, - deyə Netanyahu bildirib.

O qeyd edib ki, İsrail dövləti Qəzza bölgəsindən baş tutan belə hücumlarda HƏMAS-ı təqsirli hesab edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Binyamin-Netanyahu  


Bizi "telegram"da izləyin