Matviyenko: “NATO ikiqütblü əsrin qalığıdır”

2018/05/2410-Valentina-Matviyenko_1527582600.jpg
Oxunub: 4361     16:27     29 May 2018    
“Müasir şərtlər daxilində NATO təhlükəsizlik sahəsində universal institut deyil, bu, ikiqütblü əsrin qalığı olan blokdur”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki. bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib.

“Blok modelində təhlükəsizliyin başqalarının hesabına qorunması təhdiddir. NATO təhlükəsizlik sahəsində universal institut deyil. Bu, özünə rəqib axtara bilməyən ikiqütblü əsrin qalığı olan blokdur”, - deyə Matviyenko bildirib.

O qeyd edib ki, NATO bir sıra dövlətlərin hüquq sistemlərinə müdaxilə etməklə dünyada nizamsızlıq və xaos yaradır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Valentina-Matviyenko  


Bizi "telegram"da izləyin