ABŞ HDQ-nin zərbə qrupu Sakit okeanda patrula çıxıb

2018/05/2404-Ronald-Reagan_1527579084.jpg
Oxunub: 4447     15:31     29 May 2018    
ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu atom aviadaşıyıcısı “Ronald Reagan”ın başçılığı ilə Sakit okeanda patrula başlayıb.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi komandanlığından olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Rnald Reagan” atom aviadaşıyıcısının başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu bu gün region sularında uzunmüddətli patrulun həyata keçirilməsi üçün Tokio körfəzində yerləşən “Yokosuka” bazasından açıq dənizə çıxıb.

Qeyd edək ki, daha öncə “Ronald Reagan” aviadaşıyıcısının açıq dənizə dünən çıxacağı bildirilirdi, lakin naməlum səbəblərdən patrulun başlaması təxirə salınıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ronald-Reagan  


Bizi "telegram"da izləyin