ABŞ senatoru: “KXDR heç vaxt nüvə silahından imtina etməyəcək”

2018/05/2402-Marko-Rubio_1527576965.jpg
Oxunub: 2049     15:13     29 May 2018    
“Şimali Koreya heç vaxt nüvə proqramından imtina etməyəcək, KXDR lideri Kim Çen Inın fəaliyyəti isə sadəcə şoudur”.

Ordu.az “ABC News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ senatoru Marko Rubio bəyan edib.

“Əminəm ki, KXDR heç vaxt nüvə silahından imtina etməyəcək, Şimali Koreya lideri Kim Çen Inın fəaliyyətini isə şou kimi xarakterizə edərdim”, - deyə Rubio bildirib.

Senator əlavə edib ki, KXDR lideri nüvə silahının mövcudluğuna görə özünün hadisələrə təsir göstərə bildiyini hiss edir.

“Nüvə poliqonunun partladılması da sadəcə şoudur, Kim Çen In nüvə silahını harada istəsə sınaqdan keçirə bilər”, - deyə Rubio vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin