“Donbasda “Javelin”lərdən istifadə olunmayacaq” - Poroşenko

2018/05/166-Poroşenko_1527577295.jpg
Oxunub: 2143     15:01     29 May 2018    
“Ukraynanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komleksləri Ukrayna hərbçiləri tərəfindən birmənalı olaraq müdafiə məqsədlərində istifadə olunacaq”.

Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“ABŞ-dan alınan “Javelin”lər müdafiə silahıdır. Ukrayna Silahlı Qüvvələri onların yalnız separatçıların provokasiya və ya hücuma keçdikləri təqdirdə istifadə edəcək”, - deyə Poroşenko bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu silahlardan Donbasdakı münaqişənin eskalyasiyası üçün istifadə etməyi planlaşdırmır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Petro-Poroşenko  


Bizi "telegram"da izləyin