Ordu.az “The Japan Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasından olan mənbələr məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar KXDR-in sayı 20-yə çatan nüvə döyüş başlıqları, o cümlədən ballistik raketlərini ölkədən çıxararaq ABŞ-a daşımaq istəyir.
ABŞ bunu KXDR-in raket-nüvə potensialının bərpası mümkün olmayan şəkildə tam məhvi istiqamətində atılan zəruri addım kimi qiymətləndirir.
Ağalar Qəribov
Ordu.az